Mərdəkan körpüsündə üç nəfərin ölümünə səbəb olan dəhşətli qəza baş verib – VİDEO

Mərdəkan körpüsündə üç nəfərin ölümünə səbəb olan dəhşətli qəza baş verib – VİDEO

Hazırda oxunan: Mərdəkan körpüsündə üç nəfərin ölümünə səbəb olan dəhşətli qəza baş verib – VİDEO

195175

Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında zəncirvari, ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib.

Qəzanın baş verməsinə səbəb "Hyundai Santafe" "Hyundai Matrix" və "Daewoo Gentra" markalı avtomobillərin toqquşması olub.

İlkin məlumata görə ölənlərdən biri "Hyundai Santafe" markalı avtomobilin sürücüsüdür.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirib ki, 01.06.2024-cü il tarixində saat 07:58-də Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

"Çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. Üç nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 39 yaşlı 1 nəfər isə (kişi cinsli) döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb".
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO