Xırdalanda avtobusda dava - Sərnişin sürücünü döydü - VİDEO

Xırdalanda avtobusda dava - Sərnişin sürücünü döydü - VİDEO

Hazırda oxunan: Xırdalanda avtobusda dava - Sərnişin sürücünü döydü - VİDEO

19516

Abşeronda sərnişin avtobusunda insident baş verib.

Bizim.Media-nın xəbərinə görə, hadisə bu gün rayonun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda qeydə alınıb.

Belə ki, 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət götərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.

Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib.

Araşdırma aparılır. (Report)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO