Ağsuda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Ağsuda DƏHŞƏT: 47 yaşlı kişi qonşusunu güllələdi
Belə ki aralarında yaranan münaqişə zəminində kənd sakini 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlu qonşusu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində qol nahiyəsindən ağır xəsarət alıb. Ağır bədən xəsarəti alan yaralı dərhal ətrafdakı insanların köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Əraziyə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu