TÜRKSOY-un nümayəndəsi: “Əsas məqsədimiz Türk dünyasının yaxınlaşmasıdır”

TÜRKSOY-un nümayəndəsi: “Əsas məqsədimiz Türk dünyasının yaxınlaşmasıdır”

Hazırda oxunan: TÜRKSOY-un nümayəndəsi: “Əsas məqsədimiz Türk dünyasının yaxınlaşmasıdır”

195022

“Biz artıq 3-cü ildir ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə əməkdaşlıq edirik. Bizim loqomuz bu festivalın çap məhsullarında əks olunub. Hər dəfə bu festivalda Türk dünyasının müxtəlif ölkələrindən şairləri, yazıçıları, ədəbiyyat xadimlərini dəvət edirik. Həmçinin bu festivala da Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan,  Türkiyədən və digər ölkələrdən qonaqlarımız var”.

Bunu TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı Bizim.Media-ya özəl açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağaverdi Nəsirovun kitabları III Türk dünyası Ədəbiyyat FESTİVALINDA – FOTO 


Onun sözlərinə görə, bu festivalın proqramı elə gözəl təşkil olunub ki, hər gün Türk dünyasının bir ölkəsinə həsr olunub:

“TÜRKSOY Türk dünyası ilə bağlı hər hansı bir mədəniyyət tədbiri varsa, hər zaman onun yanındadır. Azərbaycan Yazıçılar Birliyindən də bizə təşkilati işlərdə kömək üçün müraciət ediləndə canla-başla razılıq verdik. Biz onsuz da mədəniyyət tədbirlərinin Türk dünyasının hansı ölkəsində keçirilməsindən asılı olmayaraq orada yaxından iştirak edirik”.

Elçin Qafarlının fikrincə, əsas məqsəd Türk dünyasının yaxınlaşması və inteqrasiyasıdır:

“Göründüyü kimi, Azərbaycanda da insanlarımız bu tədbirdə yaxınlaşır və birləşir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO