İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək – RƏSMİ  

İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək – RƏSMİ  

Hazırda oxunan: İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək – RƏSMİ  

194996

“Bu ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib. 

“Bugünkü konfransın şüarında deyildiyi kimi, biz minanın ətraf-mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırıq.

Mina fəaliyyətləri xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə böyük bir yenidənqurma işləri həyata keçirilir və onların hamısı sıfırdan qurulub. Dünən siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar.
Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq”, - o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO