Lənkəranda ali təhsil ocağı yeni bina ilə təmin olunacaq

Lənkəranda ali təhsil ocağı yeni bina ilə təmin olunacaq

Hazırda oxunan: Lənkəranda ali təhsil ocağı yeni bina ilə təmin olunacaq

194943

Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binası inşa olunacaq.

Bizim.Media yerli bürosu xəbər verir ki, tikintisi planlaşdırılan universitet binası  H.Z.Tağıyev küçəsi 118 ünvanında yerləşəcək. 

Ali təhsil müəsisəsinin həmin ünvanda yerləşən yataqxana və 5 mərtəbəli yeni tədris binasının layihə smeta sənədlərinin hazırlanmasına isə artıq  başlanılıb.

Qeyd edək ki, sözügedən universitetin H.Aslanov 50 ünvanında yerləşən yardımçı binasının tikintisi ilə bağlı hazırlıq işləri də hazırda davam etdirilir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO