Sumqayıtda narkotikin təsiri altında olan sürücü aşkarlanıb - FOTO

Sumqayıtda narkotikin təsiri altında olan sürücü aşkarlanıb - FOTO

Hazırda oxunan: Sumqayıtda narkotikin təsiri altında olan sürücü aşkarlanıb - FOTO

194918

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən edilib. Onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunub. Yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, digər tədbir zamanı şəhər sakini Fəxrəddin İbliyev idarə etdiyi “BMW” markalı avtomobillə sürət həddini aşdığına görə ona “saxla” işarəsi verilib. Sürücü buna məhəl qoymayaraq öz hərəkətini davam etdirib və nəqliyyat vasitəsini digər bir avtomobilə vurub.

F.İbiyev saxlanılan zaman onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü 30 gün inzibati qaydada həbs olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO