“28 May” stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ: Təmir aparılacaq – FOTO

“28 May” stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ: Təmir aparılacaq – FOTO

Hazırda oxunan: “28 May” stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ: Təmir aparılacaq – FOTO

194851

“28 May” stansiyasının ikinci çıxışında 2010-cu ildən istismarda olan “ET-3M” tipli üç eskalatordan biri “Bakı Metropoliteni” QSC-nin əsaslı təmir planına uyğun olaraq iyunun 3-dən əsaslı təmirə dayandırılır. Texniki tələblərə görə, bu tip eskalatorlar 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılır.

“Bakı Metropoliteni”ndən Bizim.Media-ya verilən məlumata görə, təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetiriləcək.

Təmir dövründə ilk olaraq sürahi elementlərinin söküntüsünü aparmaq üçün lent zolağının daraqdan darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunacaq. Təmir dövründə eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə ediləcək.

Sonrakı mərhələdə markşeyderlər qrupu eskalatorda fermaların çökmə, mərkəzdən qaçma və digər parametrlərini ölçəcək. Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılacaq. Texniki şərtlərin tələblərinə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunacaq. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılacaq.
Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmazsa, eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul ediləcək.

Təmir yeni tədris mövsümünə qədər başa çatdırılmalıdır. Həmçinin digər iki eskalatorun iş rejimi və daim nəzarət altında olması təmin ediləcək.

Qeyd edək ki, bu tip eskalatorların istismar müddəti 40 ildir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO