Yolumuz Talış kəndinədir. Dünyanın və ya ölkənin qədim olmağı ilə yanaşı, həm də ən gənc və ən müasir kəndlərindən biri olan Talışa... Bu gün Talışı təkcə ölkə yox, bütün dünya tanıyır. Bütün dünya bilir, bilməyənlərdə bilmək məcburiyyətindədir ki, bu qədim yaşayış məntəqəsi 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında olub.
Dağıdılıb, xarabalığa çevrilib...
İşğal zamanı insanlığın üz qarası olan ermənilər kəndi qarət-talan edib. Sonra ""Artsax" ümumqoşun ordusu"nun əsas qollarından olan bir neçə alayla yanaşı, həmçinin "ASALA" kimi beynəlxalq terror təşkilatının silahlı dəstələrinin qərargahına çevrilib. İstər Ermənistandan, istərsə də dünyanın bir çox yerlərindən məcburi gətirilən erməni ailələr yerləşdirilib burada. Bütün bunlara 2016-cı il aprel döyüşlərinə qədər baş tutan düşmən təxribatları faktını misal gətirmək olar.
27 sentyabr 2020-ci il - Azərbaycan ordusu və Azərbaycan xalqının səbr kasasının daşdığı gün ilk hədəflərdən biri də Talış oldu. Ali Baş Komandanın döyüş əmri ilə bu istiqamətdə də uğurlu hərbi əməliyyatlar başlandı və qızıl hərflərlə tarixə düşdü. Nəticə isə gördüyümüz bu mənzərəni yaradır.
Bir tərəfdə Ermənistan dövlətinin yaratdığı xarabalıq, mina və hərbi sursatlarlarla çirkləndirdiyi ərazi, digər tərəfdə isə hal-hazırda minalalardan təmizləndikdən sonra yenidən qurulmuş Talış kəndini göürünür. Qədim Azərbaycan torpağı olan Talış kəndinin bir hissəsi mina və hərbi sursatlarlardan təmizləndikdən sonra müasir tələblərə cavab verən layihə əsasında yenidən qurulub...
Aparılan yenidənqurma işləri zamanı bütün tarixi və mədəni abidələrin bərpasına xüsusi diqqət yetirilib.
Talış kəndinin mərkəzində yerləşən məlumat lövhəsidə göstərildiyi kimi, Seyr meydançası, Mərkəz, Suqovuşanla yanaşı, qədim Alban kilsəsini də göstərir. Bu isə Azərbaycanın təkcə bu sözdə, sənəddə yox, əməldə də tolerantlığından xəbər verir. Bəli, burada əsl sakinlərin köçürülmə prosesi ilə bərabər qədim tarix də bərpa və ziyarət edilir.
Yenidən qurulan kənddə tikilən fərdi evlərlə yanaşı, daş döşəməli küçələr də işıqlandırılıb. Yeni iaşə obyektləri istifadəyə verilib. Fəaliyyətə başlayan mədəniyyət ocaqlarında milli musiqilər səsləndirililir.
Bütün bunların fonunda, kəndin girişində yanmış şəkildə qalan PDM-2 bura gələnlərin xüsusi diqqətini cəlb edir. Bu döyüş maşını bir çox insanların sosial şəbəkələrdə mübahisə obyektinə çevrilib. Kimisi Azərbaycan ordusuna, kimisi isə işğalçı orduya məxsus olduğunu deyir. Hansı ki, Bəlkə də, təkcə Tərtər və Goranboy rayonunda yüzlərlə insanın yaşadığı məntəqələri atəşə tutan bu maşın Azərbaycan ordusunun hücumü zamanı döyüş mövqelərini qoyub qaçdığı zaman vurulub.
Hərbi mənbələrdən əldə etdiyimiz məlumata görə, burada müqavimət göstərməyə cəmi iki döyüş maşını cəhd edib. Onların hər ikisi də müzəffər ordunun qəhrəman mənsubları tərəfindən məhv edilib.
Bəli, artıq çətin günlər geridə qaldı.
Səngərdən çıxan əsgər Azərbaycan sərhədinin aşan dirəklərini qaldırıb, sərhədləri müəyyən edir. Bunun fonunda da Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə vaxtı ilə azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini bir-bir bərpa edir və keçmiş məcburi köçkünləri öz dədə-baba yurduna qaytarır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 29.05.2024
Qədimliyi və müasirliyi özündə birləşdirən Talış kəndindən REPORTAJ – FOTO
Hazırda oxunan: Qədimliyi və müasirliyi özündə birləşdirən Talış kəndindən REPORTAJ – FOTO
Hazırda oxunan: Qədimliyi və müasirliyi özündə birləşdirən Talış kəndindən REPORTAJ – FOTO
194678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.