Ağdamda 12 yaşlı uşaq xəstəxanada dünyasını dəyişdi

Ağdamda 12 yaşlı uşaq xəstəxanada dünyasını dəyişdi

Hazırda oxunan: Ağdamda 12 yaşlı uşaq xəstəxanada dünyasını dəyişdi

194641

Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb. 

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, rayonun Təzəkənd qəsəbə sakini Teymur Zeynalovun yüksək hərarəti olub, daha sonra vəziyyəti ağırlaşıb. 

Ailə üzvləri T.Zeynalovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, uşağın həyatını xilas edə bilməyiblər. 

Məlumatda qeyd olunur ki, mərhumun körpəlikdən qıcolması (epilepsiya) olub. Bundan başqa, onda gizli şəkər xəstəliyi də aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO