Narkotik çəkib maşın sürdü, həbs olundu – FOTO

Narkotik çəkib maşın sürdü, həbs olundu – FOTO

Hazırda oxunan: Narkotik çəkib maşın sürdü, həbs olundu – FOTO

194627

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Elməddin Əbilov idarə etdiyi "Fiat" markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. E.Əbilovun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən olunub. 

Bundan əlavə, həmin şəxsin həm spirtli içkidən, həm də narkotik vasitədən istifadə etdiyi məlum olub. Barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətinə inzibati qaydada həbs edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO