Bakıda ağır QƏZA: Maşın süpürgəçini vurub öldürdü

Bakıda ağır QƏZA: Maşın süpürgəçini vurub öldürdü

Hazırda oxunan: Bakıda ağır QƏZA: Maşın süpürgəçini vurub öldürdü

194594

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu süpürən qadını vurub.

Zərbənin təsirindən qadın yol kənarında dayanan “Şuşa” restoranının ofisiantı 1999-cu il təvəllüdlü Heydərov Şəhriyar Namiq oğluna çırpılıb.

Ş.Heydərovun başı beton plitəyə çırpılıb. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO