Xəbər verdiyimiz kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günü öz işinə başlayıb. Bizim.Media-nın masasında yazıçı-şair Zəhra Səfəralıqızının kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazıçının əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı Lətifə Orucun kitablarının imza günü KEÇİRİLİB – FOTO
Zəhra Səfəralıqızı “Qoca adam”, “Ramazan povest”, “Bir qum bənövşə”, “Qəlbimin üşüyən tərəfi”, “Buluddan nəm çəkdi yolum”, “Uzaqdan gətirdiklərim” kitablarının müəllifidir.
Zəhra Səfəralıqızı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Yurd” jurnalının redaktorudur.
Yazıçı “Qızıl qələm”, “Xarıbülbül”, “Nəsimi ili”nə həsr olunan diploma layiq görülüb.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media