Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Yazıçı Lətifə Orucun kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazıçının “Sirli gedişlər”, “Oyun dövrəsi” əsərləri oxuculara təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Şair Dayandur Sevginin İMZA günü KEÇİRİLDİ - FOTO
Yazıçının “Sirli gedişlər” kitabı üç dildə çapdan çıxıb.
Qeyd edək ki, Lətifə Oruc Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Birliyinin üzvüdür.
Həmçinin Lətifə Oruc Beşqat Avropa çempionu Rauf Məmmədovun anasıdır.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media