Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şairə Almaz Alıqızının kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairənin əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Publisist Xalidə Nurayın əsərləri festivalda NÜMAYİŞ olunub – FOTO
Almaz Alıqızı “Qəlbimdə, fikrimdə vətən dolaşır”, “Əsgər andı”, “Vətəndə vətənsiz 30 il”, “Zəfər köynəkli vətən”, “Könüllər fatehi” kitablarının müəllifidir.
Şairə əsərlərində vətənpərvərlikdən, düşmən üzərindənki zəfərimizdən bəhs edib.
Almaz Alıqızı Azərbaycan Jurnalistlər Birliyinin və Kərkük-Türkmən Yazarlar Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatçısıdır. Almaz Alıqızı həm də “Heydər Əliyev” mükfatına layiq görülüb.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Qeyd edək ki, bu gün festivalın beşinci günüdür. Festival mayın 31-dək davam edəcək.
Bizim.Media