Yazıçı Rizvan Fikrətoğlunun imza günü KEÇİRİLDİ – FOTO 

Yazıçı Rizvan Fikrətoğlunun imza günü KEÇİRİLDİ – FOTO 

Hazırda oxunan: Yazıçı Rizvan Fikrətoğlunun imza günü KEÇİRİLDİ – FOTO 

194463

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazıçı Rizvan Fikrətoğlunun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, imza günündə yazıçının “Ayaq səsləri” kitabının və “Azərbaycan Qanunvericiliyi” dərsliyinin təqdimatı keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günü Azərbaycana HƏSR olunub – FOTO 


Rizvan Fikrətoğlu Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 

Qeyd edək ki, Rizvan Fikrətoğlu 8 respublika səviyyəli yazı müsabiqəsinin qalibi, müxtəlif sahələr üzrə 500-ə yaxın məqalənin müəllifidir. 

Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO