Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın masasında Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü, şair-publisist Brilyant Atəşin imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, imza günündə Mirvarid Dilbazi Poeziya Məclisinin ərsəyə gətirdiyi kitablar oxuculara təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Publisist Zəringiz Dəmirçiqayalının İMZA GÜNÜ keçirildi – FOTO
Brilyant Atəş “Mənə dərin dərya verin, “Mən bir sarı siməm”, “Bir işığın arxasınca”, “Nənəmin kəlağıyısı” əsərlərinin müəllifidir.
Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü olan şairə “Qızıl Qələm”, “Media” mükafatı laureatına layiq görülüb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Məlumat üçün bildirək ki, festival ayın 31-dək davam edəcək.
Nuranə Daxilqızı, Bizim.Media