Publisist Zərəngiz Dəmirçi Qayalının İMZA GÜNÜ keçirildi – FOTO 

Publisist Zərəngiz Dəmirçi Qayalının İMZA GÜNÜ keçirildi – FOTO 

Hazırda oxunan: Publisist Zərəngiz Dəmirçi Qayalının İMZA GÜNÜ keçirildi – FOTO 

194448

Xəbər verildiyi kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günüdür.

Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar birliyi və Azərbaycan Jurnalistlər birliyinin üzvü, Səməd Vurğun poeziya ocağının rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalının növbəti kitabının imza günü keçirilib. 

Bizim.Media xəbər verir ki, imza günündə şairin müxtəlif mövzularda ərsəyə gətirdiyi kitabları oxuculara təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Mirvari Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldarın kitabları festivalın TƏQDİMATINDA - FOTO


Zərəngiz Dəmirçi Qayanın “Haqqı sevdim, vəfam mənim”, “Güllələnmişlər”, “Əziz rəhbər”, “Oğul”, “Zəfər sədası”, “İki qardaş gücü” əsərləri maraqla qarşılanıb.

Şairə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk yazarları Birliyinin, Gülüstan-Dərbənd Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, iki dəfə ilin şairi mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatına layiq görülüb.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Məlumat üçün bildirək ki, festival ayın 31-dək davam edəcək.







Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO