Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən ÇIXARILDI 

Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən ÇIXARILDI 

Hazırda oxunan: Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən ÇIXARILDI 

194347

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışır. 

Bizim.Media xəbər verir ki, marşrut xəttini istismar edən “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov “qafqazinfo.az”a açıqlamasında B.Ağaməmmədovun artıq tam sağaldığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur narkoman Bakıda marşrut avtobusu sürür – VİDEO  


O, sürücünün narkoloji dispanserdə yoxlanışdan keçdiyini deyib: 

“Adıçəkilən sürücü əvvəllər xəstəlikdən əziyyət çəkib, lakin daha sonra müalicə olunaraq sağalıb. Bizim təşəbbüsümüzlə sürücü narkoloji analiz də verib və qanında qanunla qadağan edilən hər hansı maddə aşkar edilməyib”. 

Qeyd edək ki, B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib. 

“Batya Vasmoyski”nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib. 

*** 

“Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov daha sonra açıqlama verərək bildirib ki, B.Ağaməmmədov mayın 24-ü işdən çıxıb:

“Sürücü mayın 7-si işə qəbul olunub və sınaq müddəti verilib. 24 may tarixində sürücü öz istəyi ilə işdən azad edilib. Onun sağlamlığına dair sənədi də təqdim etmişik”. 

Maraqlıdır ki, B.Ağaməmmədovun avtobus sürücüsü kimi iş başında olmasını əks etdirən görüntülər mayın 24-ü axşam saat 19:30 radələrində lentə alınıb. Və həmin gün sürücü iş başında olub. 
Əgər B. Ağaməmmədov hazırda sürücü kimi fəaliyyət göstərmirsə, şirkət “3 gün əvvəl işdən çıxardığı” əməkdaşı niyə bu gün, daha dəqiq bir saat əvvəl təcili narkoloji yoxlamaya göndərib?.. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO