Yazar Südabə Sərvinin kitabları maraqla qarşılandı - FOTO

Yazar Südabə Sərvinin kitabları maraqla qarşılandı - FOTO

Hazırda oxunan: Yazar Südabə Sərvinin kitabları maraqla qarşılandı - FOTO

194294

Xəbər verdiyimiz kimi III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günü öz işinə başlayıb. Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazar Südabə Sərvinin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazarın kitabları maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şairə Adilə Aslanovanın imza günü keçirildi - FOTO


10 kitab müəllifi olan yazıçı kitablarında daha çox vətənpərvərlik mövzularına toxunduğunu deyib. 

Oxucular yazarın "Ağrıların kölgəsi" kitabı ilə tanış olublar. "Ağrıların kölgəsi" yazıçının sayca 10-cu kitabı və ilk romanıdır. 

Bundan əlavə onun "Döz görüm" adlı ilk şeirlər kitabı 2003-cü ildə çap olunub.

Südabə Sərvi saytımıza açıqlamasında festivalın kitaba olan marağı, sözə olan dəyəri artırdığını deyib.

Xatırladaq ki, Südabə Sərvi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Prezident mükafatçısıdır. O, ANS Şirkətlər qrupunun "El" jurnalının şef redaktoru olub.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival ayın 31-dək davam edəcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO