Şairə Adilə Aslanovanın imza günü keçirildi - FOTO

Şairə Adilə Aslanovanın imza günü keçirildi - FOTO

Hazırda oxunan: Şairə Adilə Aslanovanın imza günü keçirildi - FOTO

194282

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günü öz işinə başlayıb. Festivalda Bizim.Media-nın masasında şair-publisist Adilə Aslanovanın "Üşüyən şeirlər", "Son görüş", "Ləplərin göz yaşı", "Sənsən alınmaz qalam" kitabları təqdim olunub və imza günü keçirilib. Oxucular tərəfindən yazarın kitabları maraqla qarşılanıb.

Qeyd edək ki, müəllifin Şuşaya həsr olunmuş "Sənsən alınmaz qalam" kitabı Təbrizdə nəşr olunub.
 

MÖVZU İLƏ BAĞLI:

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 4-cü günü Qazaxıstana həsr olunub - FOTO


Şairə saytımıza açıqlamasında festivalın Türk dünyası üçün böyük əhəmiyyətini vurğulayıb. O, kitablarında vətənpərvərlik, məhəbbət, təbiət mövzusuna toxunduğunu deyib.

Xatırladaq ki, Adilə Aslanova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival ayın 31-dək davam edəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO