"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı

Hazırda oxunan: "Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı

19427

Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.

Bizim.Media xəbər verir ki, "Bizimləsən" proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:

"Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır".

G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən "Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik" sözlərini deyib.(axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO