Bakıda tozlu hava sabah gündüzə qədər davam edəcək

Bakıda tozlu hava sabah gündüzə qədər davam edəcək

Hazırda oxunan: Bakıda tozlu hava sabah gündüzə qədər davam edəcək

194196

Bakıda havada tozun konsentrasiyası normadan artıqdır.

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1,5-1,7 dəfə artıq müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva yayıb.

Onun sözlərinə görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
“Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”, – baş mühəndis vurğulayıb.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1,3 dəfə artıq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO