Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunur.
Bizim.Media xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb.
Onların hər üçü əcnəbidir. İki nəfər Əfqanıstan, bir nəfər isə Rusiya vətəndaşıdır.
Qeyd edək ki, sərəncama əsasən, ümumilikdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ümumilikdə sərəncamla əfv olunanlar sırasında səkkiz nəfər əcnəbi vətəndaş var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:56 / 26.05.2024
6 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxıldı - FOTO
Hazırda oxunan: 6 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxıldı - FOTO
Hazırda oxunan: 6 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxıldı - FOTO
194109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.