Kürün sahilində çətənə yetişdirən Neftçala sakini SAXLANILDI – FOTO

Kürün sahilində çətənə yetişdirən Neftçala sakini SAXLANILDI – FOTO

Hazırda oxunan: Kürün sahilində çətənə yetişdirən Neftçala sakini SAXLANILDI – FOTO

193944

Kür çayının sahilində çətənə bitkisi yetişdirən Neftçala rayon sakini saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah Əhmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə kolu aşkarolunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO