Cari ilin aprel ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 65 min 289 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə, ümumilikdə 73 min 147 müraciət olub.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:50 / 24.05.2024
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub
Hazırda oxunan: Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub
Hazırda oxunan: Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub
193754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.