“Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” TƏSDİQLƏNİB

“Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” TƏSDİQLƏNİB

Hazırda oxunan: “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” TƏSDİQLƏNİB

193709

Azərbaycan Respublikası Nazirlər Kabinetində “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qaydalar qatarların hərəkətinin təşkili sistemini, dəmiryol nəqliyyatı infrastrukturunun tikili və qurğularının, dəmiryol hərəkət tərkibinin işini, həmçinin Azərbaycan Respublikasında ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının (bundan sonra - dəmiryol nəqliyyatı) texniki istismarı zamanı dəmiryol nəqliyyatı işçilərinin fəaliyyətinin əsaslarını müəyyən edir. 
Qaydaların tələbləri dəmiryol nəqliyyatı xidmətinin istifadəçiləri üçün daşıma prosesinin təşkili və (və ya) həyata keçirilməsi ilə əlaqədar işləri (xidmətləri), həmçinin dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatında istifadə olunan texniki vasitələrin təmiri, dəmiryol nəqliyyatı obyektlərinin və yüklərin mühafizəsi ilə əlaqədar işləri (xidmətləri) yerinə yetirən bütün hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri (bundan sonra - dəmiryol nəqliyyatı işçiləri) üçün məcburidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO