Gecə ofisdə Tiktok çəkən 14 nəfər cəzalandırıldı

Gecə ofisdə Tiktok çəkən 14 nəfər cəzalandırıldı

Hazırda oxunan: Gecə ofisdə Tiktok çəkən 14 nəfər cəzalandırıldı

193698

Çap xidmətləri adı altında fəaliyyət göstərən ofisdə Tiktok oyunları keçirərək səs-küy salan şəxslər məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, mayın 21-də gecə saatlarında bir nəfər polisə məlumat verərək tiktokda “Samka” ləqəbli şəxsin idarəçiliyi ilə aparılan verilişdə özünü şəhid ailəsi kimi təqdim edən qadının nalayiq ifadələr işlətdiyini və şəxsi maraqları üçün şəhid ailəsi adından istifadə etdiyini bildirib.

Araşdırmalarla həmin verilişin paytaxtın Nərimanov rayonu ərazisindəki çap xidmətləri adı ilə fəaliyyət göstərən ofisdə təşkil olunduğu, həmin ünvana gecə saatlarında xeyli sayda vətəndaşın gəldiyi və orada səhər saatlarınadək keçirilən şou-proqramlar nəticəsində yaranan səs-küyün sakinlərin haqlı narazılığına səbəb olduğu müəyyən edilib. Həmçinin həmin iaşə obyektinin icarə müqaviləsi olmadan fəaliyyət göstərdiyi də aşkar edilib.

Polis əməkdaşları tərəfindən qeyd olunan məkana toplaşaraq ictimai qaydanı pozan 14 nəfər barəsində inzibati təhbeh tədbiri tədbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO