"Xarı bülbül çoxillik ot bitkisidir".
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycanda Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var.
MÖVZU İLƏ BAĞLI:
Qarabağı yenə “Xarıbülbül” bəzəyəcək
"Bunlar Qafqaz quş səhləbi, Arı quş səhləbi və Mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarıbülbül adlandırmaq olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı."
"Əsl Xarıbülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur", - deyə V.Kərimov əlavə edib.
Bizim.Media