TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitin istifadə qaydası TƏSDİQLƏNDİ

TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitin istifadə qaydası TƏSDİQLƏNDİ

Hazırda oxunan: TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitin istifadə qaydası TƏSDİQLƏNDİ

193522

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq istifadə olunur. Vəsait dövlətin mülkiyyəti hesab olunur, TƏBİB-in sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. TƏBİB-in aparatının işçilərinə şamil olunur.

Vəsait Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi hesabına formalaşdırılır.

Vəsaitin toplanması məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində TƏBİB-in xüsusi hesabı açılır.

Maliyyə Nazirliyi vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) TƏBİB-in müraciəti əsasında onun bank hesabına köçürülməsini təmin edir.
Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO