Keçmiş hərbi komissarın general-mayor olan qardaşı oğlu İŞDƏN ÇIXARILDI

Keçmiş hərbi komissarın general-mayor olan qardaşı oğlu İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Keçmiş hərbi komissarın general-mayor olan qardaşı oğlu İŞDƏN ÇIXARILDI

193483

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsində kadr dəyişikliyi baş tutub.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Baş İdarənin rəis müavini general-mayor Elmar Hüseynov vəzifəsindən azad edilib və təqaüdə göndərilib.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayında general-mayor rütbəsi alan Elmar Ramiz oğlu Hüseynov uzun illər Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini vəzifəsində çalışıb.

Elmar Hüseynov keçmiş hərbi komissar, Milli Məclisin sabiq deputatı Əliağa Hüseynovun qardaşı oğludur. O, həmçinin müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, mərhum Rail Rzayevin kürəkənidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO