Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı TƏBİB açıqlama verib.
Bizim.Media xəbər verir ki, Qurumdan baş vermiş hadisə ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.
Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə açıqlamada qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:27 / 21.05.2024
Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - AÇIQLAMA
193351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.