Paytaxtda narkokuryerdə 7 kiloqram marixuana AŞKARLANIB - FOTO

Paytaxtda narkokuryerdə 7 kiloqram marixuana AŞKARLANIB - FOTO

Hazırda oxunan: Paytaxtda narkokuryerdə 7 kiloqram marixuana AŞKARLANIB - FOTO

193348

Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və 8-ci polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb və ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.

O, şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitəni ünvanına çatdırandan sonra fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO