Nizami rayonunda motosikletlə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO

Nizami rayonunda motosikletlə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Nizami rayonunda motosikletlə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO

193334

Nizami Dövlət Yol Polisi əməkdaşları manevr etmə qaydasını pozduğu üçün “Minsk” markalı, 99 G 236 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünə “saxla” işarəsi versə də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq, digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Sadıxov Elçin Qədəmşah oğlu saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Sadıxovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO