Zaqatalanın su basan kəndlərindən REPORTAJ – FOTO 

Zaqatalanın su basan kəndlərindən REPORTAJ – FOTO 

Hazırda oxunan: Zaqatalanın su basan kəndlərindən REPORTAJ – FOTO 

193318

Gecə saatlarından başlayaraq yağan leysan yağışları Zaqatala rayonunun bir neçə yaşayış məntəqəsində fəsadlar yaradıb. Xüsusən rayonun ucqar Üçüncü Tala kəndi ərazisində aramsız yağan leysan səbəbindən qurunt suların çoxalması nəticəsində bir sıra fəsadlar üzə çıxıb. 

Bizim.Media-nın yerli bürosuna danışan sakinlər bildirirlər ki, bu həftə ərzində ikinci dəfədir ki, həyətləri, evləri bu vəziyyətə düşür. Kəndin mərkəzi ilə hərəkət etdikcə aydın görünür ki, əksər həyətləri su basıb. Sakinlər suyun çəkilməsi üçün məcburən küçə qapılarını açıb, daş divarların altını dağıdıblar ki, su axa bilsin. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalaya dolu düşüb – FAKTİKİ HAVA  


Elə ilk qapısında dayandığımız Məryəm Aslanova kimi... 

“Gecə saat 4-dən sel-sulara qalxanıq. Hələ də su çəkilməyib. Əvvəl 40 sm idi, indi bir az çəkilib” deyən Məryəm Aslanova qonum-qonşuda da vəziyyətin bu formada olduğunu bildirir. 

Kənd sakini İlqar Xəlilov tərəvəzçiliklə ailəsini dolandırdığını, axşamkı sel basmadan sonra isə hamısının su altında qaldığını göstərir. İndi onun həyətində də nə xiyar, nə lobya, nə pomidor, nə də digər tərəvəz məhsullarından əsər-əlamət qalıb. Çünki hamısı lilli suyun altındadır. 

Leysanın yaratdığı fəsadlar mal-qaraya, toyuq-gücəyə də təsirsiz ötüşməyib. Belə ki, sel-sular mənzillərin zirzəmilərini basmaqla yanaşı tövlələrə də dolub. Bu səbəbdən sakinlər mal-qaranı küçələrdə bağlayıblar. Digər tərəfdən toyuq-cücə sudan qorunmaq üçün gecədən ağaca çıxıb və indiyə qədər oradan enə bilmir. 

Evini, həyətini su basan digər kənd sakini Mirzə Mahmudov hər il yaz yağışları zamanı belə vəziyyətin yaşandığını bildirir. 

“Bizim yanımızda Qara çay var, kəndin yanından keçir. Su gələn kimi sahələri basır, heç nə etmək olmur, camaatın fındıq bağları bu dəqiqə suyun içindədir” deyən kənd sakini çayların məcrasının vaxtında təmizlənməsini vacib hesab edir. 

Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Ülviyyə Şabanova bildirir ki, leysan yağışları qurunt suların üzə çıxmasına və fəsadların artmasına səbəb olub. Digər tərəfdən sakinlər arx və kanallara müxtəlif diametrli borular düzdüyündən onlar da suyun axmasının qarşısını alır ki, nəticədə belə vəziyyətlərdə su həyətlərə dolur, çətinliklər yaradır. 
Rayon Fövqəladə Hallar Komissiyasından o da bildirildi ki, fəsadların aradan qaldırılması üçün işlər gün boyu davam etdiriləcək. 

















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO