Tovuzda evdə YANĞIN: Bir nəfər tüstüdən zəhərləndi

Tovuzda evdə YANĞIN: Bir nəfər tüstüdən zəhərləndi

Hazırda oxunan: Tovuzda evdə YANĞIN: Bir nəfər tüstüdən zəhərləndi

193292

Tovuz rayonunun Əyyublu kəndində yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası 20 m² sahədə, digər iki otağın tavanı 60 m² sahədə və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb. 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO