2 gün əvvəl Tovuz rayonunun Əlibəyli kəndində 54 yaşlı qadın dəm qazından boğularaq ölüb. Hadisənin bəzi təfərrüatları üzə çıxıb.
Bizim.Media “publika.az”a istinadən xəbər verir ki, qazdan boğularaq ölən 1970-ci il təvəllüdlü Gülşən Əmrahova Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədr müavini Mehman Əmrahovun həyat yoldaşıdır.
Hadisə vaxtı Mehman Əmrahovun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, Əmrahovlar ailəsi Tovuz şəhərində yaşayır və onların Əlibəyli kəndində də evi var.
Hadisədən əvvəl Gülşən Əmrahova oğlu və gəlini ilə təmizlik işləri aparmaq üçün kənddəki evlərinə gedib. Onlar qaz sobasını işə salıblar. Sobada yaranmış problem səbəbindən dəm qazı evə dolub. Nəticədə evin sakinləri zəhərləniblər.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 21.05.2024
Faciəvi şəkildə ölən qadın bu şəxsin xanımı imiş – FOTO
Hazırda oxunan: Faciəvi şəkildə ölən qadın bu şəxsin xanımı imiş – FOTO
Hazırda oxunan: Faciəvi şəkildə ölən qadın bu şəxsin xanımı imiş – FOTO
193277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.