Ramazan ayının 15-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

Ramazan ayının 15-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazan ayının 15-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

19322

Sabah Ramazan ayının 15-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 28-də imsak vaxtı saat 04:05-də, iftar vaxtı isə 19:47-dədir.

Aprelin 28-i üçün namaz vaxtları:

Sübh azanı 04:15

Zöhr azanı 12:38

Əsr azanı 17:31

Məğrib azanı 19:47

İşa azanı 20:56

15-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

İlahi, bu ayda səhvlərimi mənə irad tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə, Ey müsəlmanların izzəti, şərəfi olan Allah

İftar duası:

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizim.Media








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO