Xəbər verildiyi kimi Cavanşir körpüsü sökülmə işləri ilə əlaqədar saat 17:00-dan nəqliyyatın hərəkəti üçün qapadılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkətinin yenidən təşkil edilməsi ilə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
DİQQƏT! Cavanşir körpüsünün sökülməsi ilə bağlı yol BAĞLANACAQ
Qurumun məlumatına görə müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir:
“Belə ki, E1 nömrəli ekspres avtobusu “28 May” və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.
Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur”.
Nuranə Daxilqızı, Bizim.Media