Ağsu dollarlarında asvalt çöküb, yolun hər iki istiqamətində asfalt qatı çöküb, avtomobilər yolun torpaq qatı ilə hərəkət edirlər.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, son günlər yağan güclü leysan yağışlarından sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.
Yolun 147-ci kilometrliyində asvalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.
Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.Hazırda ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.
Bizim.Media, Aran bürosu