Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə informasiya Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilib.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlandı
Mənbə yazır ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media