Bakının Qaradağ rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əhmədli Əli İlqar oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Bizim.Media