Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO 

Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO 

Hazırda oxunan: Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO 

192817

Binə qəsəbəsi Gürcüstan məhəlləsində sakinlər özlərini çətin vəziyyətə salıblar.

Bizim.Media xəbər verir ki, yolların çala-çuxurundan can qurtarmaq istəyən sakinlər yola gil töküblər.

İndi isə dua edirlər ki, göydən yerə bir damcı yağış düşməsin. Əks halda qəsəbə sakinləri palçığa batırlar.

"Pul yığıb yolu düzəltmişik ki, uşaqlarımız məktəbə rahat getsinlər. İndi isə yağış yağanda yolla hərəkət etmək mümkün deyil", - deyə sakin söyləyib.

Problemdən Xəzər Rayon İcra Hakimiyyətində də xəbərdardırlar. Küçələrin asfaltlanması məsələsi ilə bağlı qurumdan bildirilib ki, proses mərhələli şəkildə həyata keçirilir. Bu küçəyə asfaltın nə vaxt çəkiləcəyinə gəldikdə isə o, hələ qeyri-müəyyəndir.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO