"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Aygül Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan edilib ki, S.Məmmədovun barəsində olan polis nəzarətində qətimkan tədbiri seçilib.
Daha sonra məhkəmə onun barəsində olan polis nəzarətində qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəzləyib və S.Məmmədov məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası mayın 6-na təyin olunub.
Qeyd edək ki, "EuroHome" MMC-nin direktoru S.Məmmədov və Amil Salmanovun barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 27.04.2021
"EuroHome"nin direktoru məhkəmə zalında həbs edilib - DETALLAR
Hazırda oxunan: "EuroHome"nin direktoru məhkəmə zalında həbs edilib - DETALLAR
Hazırda oxunan: "EuroHome"nin direktoru məhkəmə zalında həbs edilib - DETALLAR
19278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.