Nohur göldə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər görülür - FOTO

Nohur göldə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər görülür - FOTO

Hazırda oxunan: Nohur göldə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər görülür - FOTO

192763

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib.

Bildirilib ki, mərkəzin qüvvələri gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirirlər.

 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO