Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya nə zaman başlanılacaq? – RƏSMİ AÇIQLAMA

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya nə zaman başlanılacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya nə zaman başlanılacaq? – RƏSMİ AÇIQLAMA

192415

Xəbər verdiyimiz kimi mayın 20-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti  açılacaq. İlkin mərhələdə bu xətlə yükdaşıma həyata keçiriləcək. Belə ki, BTQ-nin genişləndirilməsindən sonra ildə 6,5 milyon ton yükün daşınması nəzərdə tutulub.

Bəs, bu dəmir yolu ilə sərnişindaşımaya nə zaman başlanılacaq?

Bununla bağlı Bizim.Media-nın sorğusuna “Azərbaycan Dəmir Yolları" QSC-dən cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb:

“Ona görə də yükdaşımalar istisna olmaqla qonşu ölkələrlə quru sərhədləri bağlı olaraq qalır. Sərhədlərin açılması ilə bağlı qərar olarsa, beynəlxalq istiqamətlər üzrə sərnişindaşımanın təşkili üçün qonşu ölkələrin müvafiq qurumları ilə birlikdə müzakirələr aparıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO