Bakıda direktor müavininin gözətçini öldürməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Bakıda direktor müavininin gözətçini öldürməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bakıda direktor müavininin gözətçini öldürməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA 

192196

“Düşünürəm ki, bu məsələni şərh etməyə tələsməyək və hüquq mühafizə orqanlarının yekun nəticəsini alaq”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyən Natiq Mehdinin iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı iddiaya münasibət bildirərkən deyib.

Eşqi Bağırov qeyd edib ki, Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov artıq saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib:

“İnanıram ki, ədalətli qərar olacaq və o nəticələrdən sonra şərh vermək olar”.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov sözügedən məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub. 

Qətlə yetirilən Natiq Mehdi isə Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.

Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO