Bakıda 21 yaşlı qız itkin düşdü – FOTO  

Bakıda 21 yaşlı qız itkin düşdü – FOTO  

Hazırda oxunan: Bakıda 21 yaşlı qız itkin düşdü – FOTO  

192178

Bakıda 21 yaşlı qız itkin düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nzirliyi məlumat yayıb. 

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir. 

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (012) 456-03-02 
(012 )590-72-03, 051-571-03-11, 055-233-22-34, 055-211-81-74 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO