Fəvvarələr meydanında 2 ofisiant bıçaqlandı

Fəvvarələr meydanında 2 ofisiant bıçaqlandı

Hazırda oxunan: Fəvvarələr meydanında 2 ofisiant bıçaqlandı

192136

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.

Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar restoranda ofisiant işləyirlər.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO