Özünü general kimi təqdim edərək dələduzluğa görə tutulan şəxsin məhkəməsi başlayır

Özünü general kimi təqdim edərək dələduzluğa görə tutulan şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Özünü general kimi təqdim edərək dələduzluğa görə tutulan şəxsin məhkəməsi başlayır

191897

Özünü general kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Mirdaməd Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə ilkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim etməsi üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

Qeyd edək ki, Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO